
Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın–Şuşa yolunda xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilib. O, Azərbaycanın müstəqilliyi və haqq səsini dünyaya çatdırmaq uğrunda canından keçən fədakar ziyalılardan biridir.
Salatın Əsgərova jurnalist peşəsinə sədaqəti, cəsarəti və vətənpərvər mövqeyi ilə Azərbaycan mətbuat tarixində silinməz iz qoyub. Onun fəaliyyəti gənc jurnalistlər üçün bu gün də nümunə hesab olunur.
Alyans.media Milli Qəhrəman Salatın Əsgərovanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun Vətən və mətbuat yolunda göstərdiyi xidmətləri daim uca tutur.
Allah rəhmət eləsin.





