
Bakıda və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrasına nəzarət mexanizmi müəyyənləşdirilib.
QanunTV.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Proqramının monitorinqinin həyata keçirilməsi proseduru təsdiq edilib. Prosedur proqram çərçivəsində görülən işlərin icra vəziyyətinin qiymətləndirilməsini, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsini və nəticələrin mütəmadi təhlil olunmasını nəzərdə tutur.
Qeyd edək ki, Dövlət Proqramının əsas məqsədi Bakı şəhəri və Abşeron yarımadasında əhalinin dayanıqlı və keyfiyyətli su təchizatının təmin edilməsi, həmçinin yağış və tullantı sularının idarə olunması sistemlərinin müasir tələblərə uyğunlaşdırılmasıdır.





