
Azərbaycan və Bolqarıstan hökumətləri, eləcə də Veliko Tırnovo Bələdiyyəsi arasında “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq Sazişi imzalanıb.
Saziş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstanda işgüzar səfəri çərçivəsində həyata keçirilib.
Layihə Azərbaycan–Bolqarıstan mədəni və diplomatik əlaqələrinin gücləndirilməsinə xidmət edəcək və iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək. “Şuşa Parkı”nın salınması həm şəhərsalma sahəsində əməkdaşlığı, həm də mədəni-humanitar əlaqələri möhkəmləndirəcək.





