
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Cavid Paşayev təyin olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirib, anesteziologiya-reanimasiya üzrə internatura keçib. O, müxtəlif illərdə klinikalarda həkim, şöbə müdiri və rəhbər vəzifələrdə çalışıb, həmçinin Səhiyyə Nazirliyi və TƏBİB strukturunda müxtəlif komissiyalara rəhbərlik edib.
Son təyinatına qədər “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində fəaliyyət göstərib.
Məlumata əsasən, Cavid Paşayev elmi və peşəkar fəaliyyətinə görə müxtəlif mükafatlarla təltif olunub və 20-dən çox elmi məqalənin müəllifidir.
Qeyd edilib ki, onun qardaşı Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır.




