
Xalq şairi Süleyman Rüstəmin yeganə övladı Azad Rüstəmzadə dünyasını dəyişib.
QanunTV.az xəbər verir ki, Azad Rüstəmzadə 80 yaşında vəfat edib.
Qeyd edək ki, Azad Rüstəmzadə uzun illər dövlət idarəçiliyində çalışıb. O, 1989-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
Mərhumun ailəsinə və yaxınlarına başsağlığı veririk.





