
2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, qeydiyyatın başlanacağı dəqiq tarix, qəbul qaydaları və digər mühüm məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Agentlik valideynlərə qəbul prosesi ilə bağlı yenilikləri və rəsmi açıqlamaları MÜTDA-nın internet resursları və rəsmi sosial media hesabları vasitəsilə izləməyi tövsiyə edib.
Qeyd edək ki, hər il məktəbəhazırlıq qruplarına qəbul elektron sistem üzərindən həyata keçirilir və proses ölkə üzrə minlərlə uşağı əhatə edir.





