
40 ilə yaxın Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif məsul vəzifələrdə xidmət etmiş ehtiyatda olan polkovnik Səttar Qəzənfər oğlu Manafov vəfat edib.
Qanuntv.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Səttar Manafov hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışmaqla yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi kimi də fəaliyyət göstərib.
Səttar Manafov, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və Vətən qarşısındakı xidmətləri ilə hər zaman hörmət qazanıb.
Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.
Qanuntv.az kollektivi ehtiyatda olan polkovnik Səttar Manafovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.





