
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin iyulun 24-də həyata keçirilməsi nəzərdə tutulub.
Qanuntv.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, iyulun 24-də həyata keçiriləcək ödənişlərlə respublika üzrə bütün sosial ödənişlər tam yekunlaşdırılmış olacaq.
Qeyd edək ki, sosial ödənişlərə aylıq müavinətlər, təqaüdlər, kompensasiyalar və ünvanlı dövlət sosial yardımları daxildir. Vəsaitlər vətəndaşların bank hesablarına və ya ödəniş kartlarına köçürüləcək.
Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara ödənişlərin təyin olunmuş tarixdə hesablarına köçürüləcəyini bildirib.





