Şəmkir Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi Azər Rəcəbova hökm oxunub.
Qanuntv.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, həmin dövrdə mütəxəssis kimi çalışan Ələkbər Əliyev 3 il 6 ay və məsləhətçi kimi işləyən Seymur Səfərov isə şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.