• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə [xfvalue_red]

15 Kas, 25 - 11:19

“ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 12.11.2025-ci ildə dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, yəni birmənbədən satınalma metodu tətbiq etməklə bağladığı satınalma müqavilələri barədə məlumat yayıb.

İstisu qəsəbəsinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 836.620 manat dəyərində müqavilə “Kooplayihə-AHB” firması ilə bağlanılıb.

Kəlbəcər şəhər parkının layihələndirilməsi üzrə 706.820 manat dəyərində satınalma müqaviləsi Bakı Dövlət Layihə İnstitutu ilə bağlanılıb.

Dalqılınclı kəndinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 695.770,48 manat dəyərində satınalma müqaviləsi “ARCRİSE” MMC ilə bağlanılıb.

Bu məlumatlardan da göründüyü kimi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti layihələndirmə işləri üzrə ümumi dəyəri 2 239 410 manat üç satınalma müqaviləsini birmənbədən satınalma metodu tətbiq etməklə bağlayıb. Bəs qanun hansı hallarda birmənbədən satınalma metodu tətbiq etməyə yol verir?

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, qəsəbələrin layihələndirilməsi xidmətinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Qurumun müqavilə bağladığı şirkətlər də konkret təchizatçı deyillər. Amma Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti satınalma prosedurunu bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.

İndi gəlin görək Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı şirkətlər barədə açıq mənbələrdə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Kooplayihə-AHB” (VÖEN: 1300434701) firmasının 24.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan firmanın hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78, qanuni təmsilçisi kimi isə Xəlilov Hüseyin Artıx oğlu qeyd olunub. Hazırkı tarixə firmanın 3426.98 manat vergi borcu var.

“Kooplayihə-AHB” firması bundan əvvəl Füzuli rayonu ərazisində yerləşən Qarakollu kənd yaşayış məntəqəsinin işçi layihələrinin optimallaşdırılması üzrə 414.655,96 manat dəyərində və “Füzuli rayonu ərazisində yerləşən Qarakollu kəndinin layihələndirilməsi” üzrə 1.595.478 manat dəyərində tenderləri də birmənbədən satınalma metodu ilə əldə edə bilib.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı “ARCRİSE” MMC-yə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARCRİSE” (VÖEN: 1806808871) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.09.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, KÜRDAXANI ŞTQ, VASİF DADAŞ (KÜRDƏXANI QƏS.), ev.8a, m.-, qanuni təmsilçisi kimi isə Mustafayev Sərvər Yusif oğlu qeyd olunub.

Reyestr məlumatlarından da göründüyü kimi MMC cəmi bir il əvvəl yaradılıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ARCRİSE” MMC siftə tenderi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən udub, həm də birmənbədən satınalma metodu ilə. Cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-nin isə birmənbədən satınalma metoduna cəlb edilməsi və 695.770,48 manat dəyərində müqavilə bağlanılması şübhələnməyə ciddi əsaslar verir.

Qeyd edək ki, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 10.07.2024-cü ildə Prezident İlham Əliyevin Fərman ilə yaradılıb. Eyni zamanda,“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs Bəşir Hacıyevdir.

Üzvləri isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynovadır.

Nizamnamə kapitalı 500 000 manat olan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru Şolan Emil Fərhad oğludur. Emil Şolanın əvvəlki fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. Aktualinfo.net

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
backend
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
backend
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
backend
Yeni Dövlət Xidməti yaradıldı - Fərman
backend
“Deyəsən, Akademiyanın fəaliyyətini yaxşı izləməmişik, alimlərimiz işləyirlər”
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 091

XƏBƏR LENTİ

Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2617 Ağu
İran ABŞ-a məxsus vurulduğu bildirilən hərbi təyyarə və PUA-ların qalıqlarını nümayiş etdirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2417 Ağu
Avqustun 17-də bu rayonlarda elektrik enerjisi olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2017 Ağu
Xocavənd və Şuşanın kəndlərinə Böyük Qayıdış davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1717 Ağu
Bərdədə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1317 Ağu
“Sabah” – “Hapoel Beer-Şeva” matçının biletləri satışa çıxarılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1017 Ağu
Şıxəli Qurbanovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0617 Ağu
Goranboyda yük avtomobili qəzaya uğrayıb: Bir tona yaxın yanacaq yola tökülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0417 Ağu
Viktor Yuşenko Bakıya gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0117 Ağu
Bakıda daş karxanasında 65 yaşlı kişi ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0017 Ağu
Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Ağu
Bəxtiyar Vahabzadə – Azərbaycan sözünün və milli düşüncənin böyük siması [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1916 Ağu
Moskva vilayətinə kütləvi dron hücumu: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1616 Ağu
Tovuzda 25 yaşlı sürücü ağır qəzada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1316 Ağu
ABŞ-da “doğuş turizmi” ilə bağlı daha 150 vizanın ləğv edildiyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 Ağu
19 yaşlı almaniyalı üzgüçü dünya rekordunu yenilədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0116 Ağu
Polşada 55 metrdən hündür Məryəm Ana heykəli ucaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0016 Ağu
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5816 Ağu
Ucarda iki yük avtomobili toqquşub: İki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5516 Ağu
Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5116 Ağu
Abdullah Zubir “Qarabağ”dan ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4216 Ağu
Siyəzən səhiyyəsində peşəkarlıq və insanpərvərlik nümunəsi – Nərgiz Əliyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1615 Ağu
Sumqayıtda 6 avtomobil toqquşub – xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0815 Ağu
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0015 Ağu
Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4515 Ağu
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 560 ton buğda göndəriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3015 Ağu
“Turan Tovuz” mövsümə qələbə ilə başladı – “Qəbələ” məğlub oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2115 Ağu
Rövşən Fətullayevə Ekologiya Nazirliyində vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1115 Ağu
Ağdamda açıq ərazidə yanğın başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0315 Ağu
Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ağu
Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5515 Ağu
Hacıqabul səhiyyəsinin inkişafında məsuliyyətli rəhbərlik nümunəsi – Gülşən Qəmbərova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1414 Ağu
İnsan sağlamlığının keşiyində dayanan nümunəvi rəhbər – Novruzov Şamil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1814 Ağu
Quliyev Osman Vəli oğlu – Qobustan bələdiyyəsinə rəhbərlik edən nümunəvi şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4814 Ağu
Yasamalın bəzi ərazilərində işıq olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Ağu
Zaqatalada avtomobil aşıb: 17 yaşlı sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Ağu
Erlinq Holand Ginnesin Rekordlar Kitabına dörd rekordla düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Ağu
Xankəndiyə növbəti köç karvanı yola salınıb – 22 ailə, 102 nəfər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5614 Ağu
ABŞ İranla müharibədə “MQ-9 Reaper” PUA-larının 25%-ni itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Ağu
XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5114 Ağu
Kəlbəcərdə mina partlayışı: 73 yaşlı kişi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4614 Ağu
Şamil Əliyevə Naxçıvanda yüksək vəzifə verildi – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3614 Ağu
FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 66 nəfər xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2414 Ağu
Salahova Xuraman Xanlar qızı – məktəbəqədər təhsilin inkişafına dəyərli töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4714 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə