
XALQ məlumatına görə, Naxçıvan Muxtar Respublikası Baş nazirini vəzifəyə Ali Məclis təyin edir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəsinə namizəd isə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunur.
Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.
Yaxın günlərdə yeni Baş nazir təyinatının Ali Məclisdə müzakirə ediləcəyi gözlənilir.





