
Milli Məclisə “Uşaq hüquqları haqqında” yeni Qanun layihəsi təqdim edilib.
Qanun layihəsinə əsasən, uşaqlarla bağlı məhkəmə və istintaq proseslərində yeni qaydalar tətbiq olunacaq. Uşaqların hüquqlarının qorunmasında prokuror da prosesdə iştirak edəcək.
Eyni zamanda, zorakılığın qurbanı olan uşaqlara aid istintaq materiallarının yayılması qəti qadağan ediləcək. Bu dəyişikliklərin məqsədi uşaqların hüquqlarının daha effektiv qorunmasını təmin etməkdir.




