
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.
Qanuntv.az xəbər verir ki, bununla bağlı İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb.
Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.
Qeyd edək ki, dəyişiklik dövlət idarəçiliyində səmərəliliyin artırılması məqsədi daşıyır.




