
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis başçılığı ilə dünya səyyahları Qarabağ və Şərqi Zəngəzur bölgəsinə növbəti səfərini həyata keçirib.
Səfərin növbəti dayanacağı Zəngilan olub. Qonaqlar bölgənin təbiəti, tarixi və mədəni irsi ilə yaxından tanış olublar.
Qeyd edək ki, bu səfərlər Azərbaycanın azad edilmiş ərazilərinin beynəlxalq səyyahlar və turizm ictimaiyyəti tərəfindən tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.







