
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və "AnewZ" televiziya kanalının birgə layihəsi çərçivəsində "Yolun yarısında" adlı sənədli film nümayiş etdirilib.
Filmdə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə mütəşəkkil cinayətkar qrupların insan qaçaqçılığı və qanunsuz miqrasiya fəaliyyətində iştirak etdiyi göstərilir.
Sənədli film çərçivəsində xaricdə azərbaycanlıların niyə saxlanıldığı, qanunsuz miqrasiyanın təşkili ilə bağlı kimlərin iştirak etdiyi mövzularına aydınlıq gətirilir.
Filmin təqdimatı və araşdırması ictimaiyyətə qanunsuz miqrasiya ilə mübarizədə DTX-nin fəaliyyətini göstərməklə yanaşı, vətəndaşları bu cür qanunsuz fəaliyyətlərdən çəkindirməyi hədəfləyir.




