
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədova yeni təyinat alıb.
Məlumata görə, o, işdən çıxarıldığı gün Azərbaycan Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) vəzifəyə təyin olunub. Bildirilir ki, T.Əhmədovaya əvvəlki fəaliyyət sahəsi üzrə eyni istiqamətdə vəzifə həvalə edilib və o, artıq işinin icrasına başlayıb.
Təyinatla bağlı hələlik rəsmi açıqlama verilməyib.





