
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib.
QanunTV.az xəbər verir ki, bu vəzifə Zara Nigar İbrahimovaya həvalə edilib. O, bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad olunub. Daha sonra həmin vəzifənin icrası müvəqqəti olaraq Elnur Hidayətoğluna həvalə edilmişdi.
Yeni təyinatla Zara Nigar İbrahimova TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsinə rəhbərlik edəcək.





