
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin yeni müavinləri təyin ediliblər.
QanunTV.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Tural Mailov və Kamran Əzizov agentliyin İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin olunublar.
Təyinata qədər Tural Mailov agentliyin İdarə Heyəti sədrinin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, Kamran Əzizov isə Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.





