
İyunun 12-si Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin simvolik şəxsiyyətlərindən biri olan Allahverdi Bağırovun şəhid olduğu gündür.
O, Qarabağ müharibəsinin ilk dövrlərində erməni silahlı birləşmələrinə qarşı yaradılan özünümüdafiə dəstələrinin təşkilində və onlara rəhbərlikdə xüsusi rol oynayıb. Allahverdi Bağırov Ağdam bölgəsində döyüşlərin təşkilatlanmasında fəal iştirak edərək Qarabağ müqavimətinin rəmzinə çevrilib.
1992-ci il iyunun 12-də Ağdam istiqamətində gedən döyüşlər zamanı minaya düşərək şəhid olub.
Onun adı həm hərbi sahədə göstərdiyi fədakarlıq, həm də “Qarabağ” futbol klubunun inkişafındakı rolu ilə Azərbaycan tarixində xüsusi yer tutur.
Allah rəhmət eləsin.





