
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev torpağa tapşırılıb.
Qanuntv.az xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib, mərhumun xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilir və şəxsiyyəti müəyyən olunan şəhidlər doğmalarına təhvil verilərək doğma torpaqlarında dəfn olunur.





