
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak edəcək bakalavrlar artıq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Eyni zamanda namizədlər “Yaddaş kitabçası”nı da əldə etmək üçün müvafiq linkə daxil olmalıdırlar.
Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənədin əsli
“İmtahana buraxılış vərəqəsi”
Sənədlərdən hər hansı biri olmadıqda və ya uyğunsuzluq aşkarlandıqda, namizəd imtahana buraxılmayacaq.





