
Qərbi Azərbaycan İcması Aparatının rəhbəri Qalib Qasımov vəzifəsindən ayrılıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
Məlumata görə, Qalib Qasımov bundan sonra da ictimai fəaliyyətini davam etdirəcək. O, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının və Basarkeçər İcmasının üzvü kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, sözügedən dəyişiklik qurum daxilində struktur yenilənməsi fonunda baş verib.




