
Azərbaycanda əlillik arayışının verilməsi qaydasında dəyişiklik ediləcək.
Qanuntv.az xəbər verir ki, yeniliyə əsasən əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçiriləcək.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyun ayına qədər bu sistemə inteqrasiyanı təmin etməlidir.
Bununla yanaşı, ƏƏSMN və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən xidmətin mövcud iş axınının təqdim olunması, myGov platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, xidmətin daha da təkmilləşdirilməsi məqsədilə yeni iş axınının hazırlanması və razılaşdırılması da nəzərdə tutulur.
Qeyd edək ki, bu dəyişikliklər vətəndaşlara xidmətlərin daha operativ, şəffaf və rahat şəkildə təqdim olunmasına şərait yaradacaq.





