
Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsində dəyişiklik baş verib.
Qanuntv.az xəbər verir ki, Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb və onun yerinə yeni təyinat həyata keçirilib.
Belə ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov sözügedən vəzifəyə təyin olunub.
Məlumatı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təsdiqləyib.
Qeyd edək ki, Nəcibə Nəsibova 1992-ci ildən etibarən bu vəzifədə çalışırdı.





