
"Ulduz" jurnalının əməkdaşı, tanınmış yazıçı-publisist Hicran Hüseynova vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, Hicran Hüseynova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Hicran Hüseynova uzun illər ədəbi-mədəni mühitdə fəaliyyəti ilə tanınıb, müxtəlif publisistik yazıları və ədəbi yaradıcılığı ilə oxucuların rəğbətini qazanıb. O, eyni zamanda "Ulduz" jurnalında səmərəli fəaliyyəti ilə ədəbiyyatın inkişafına öz töhfəsini verib.
Mərhumun vəfatı ədəbi ictimaiyyət tərəfindən dərin hüznlə qarşılanıb.
Qanuntv.az kollektivi Hicran Hüseynovanın vəfatından kədərləndiyini bildirir, ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.




