
Cəmiyyətin inkişafında məktəbin, məktəbin inkişafında isə rəhbərin rolu danılmazdır. Bu baxımdan 198 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Teymurova Leyla Teymur qızının uzun illərdir təhsil sahəsində göstərdiyi fəaliyyət xüsusi rəğbət və hörmətlə qarşılanır.
Leyla Teymur qızı rəhbərlik etdiyi təhsil ocağında yalnız tədris prosesinin təşkili ilə deyil, eyni zamanda sağlam mənəvi mühitin formalaşdırılması, müəllim-valideyn münasibətlərinin möhkəmləndirilməsi və şagirdlərin hərtərəfli inkişafının təmin olunması istiqamətində mühüm işlər həyata keçirir. Onun yüksək təşkilatçılıq bacarığı, peşəkarlığı və məsuliyyətli yanaşması məktəbin əldə etdiyi uğurlarda öz əksini tapır.
Məktəbin qapıları hər zaman valideynlərin üzünə açıqdır. Valideynlərin müraciətlərinə həssaslıqla yanaşılması, onların fikir və təkliflərinin nəzərə alınması, yaranan məsələlərin operativ şəkildə həll olunması Leyla xanımın rəhbərlik üslubunun əsas xüsusiyyətlərindəndir. Bu yanaşma məktəblə ailə arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə şərait yaradır.
Teymurova Leyla Teymur qızı təhsil müəssisəsini yalnız idarə etmir, həm də gələcəyin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik vətəndaşlarının yetişdirilməsi üçün böyük əzmlə çalışır. Onun rəhbərliyi altında məktəbdə keçirilən tədbirlər, maarifləndirici layihələr və müxtəlif sosial təşəbbüslər şagirdlərin dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Valideynlər olaraq hesab edirik ki, Leyla Teymur qızı öz peşəsinə sədaqəti, insanlara olan diqqəti, yüksək mənəvi keyfiyyətləri və təhsilin inkişafına verdiyi töhfələrlə nümunəvi məktəb rəhbərlərindən biridir. Onun fəaliyyəti təkcə məktəb kollektivi tərəfindən deyil, valideynlər və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.
198 nömrəli tam orta ümumtəhsil məktəbinin valideynləri adından Teymurova Leyla Teymur qızına göstərdiyi fədakar əməyə, gənc nəslin təlim-tərbiyəsi naminə gördüyü dəyərli işlərə görə dərin təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.





