
Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxs ləğv olunub.
Qanuntv.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ləğvetmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Belə ki, nazirlik qərarın icrası məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, ləğvetmə prosesi çərçivəsində mərkəzin hüquq və öhdəlikləri, eləcə də digər təşkilati məsələlər qanunvericiliyin tələblərinə uyğun qaydada tənzimlənəcək.





