
Azərbaycanda elektron siqaretlərin dövriyyəsi ilə bağlı cərimələr sərtləşdirilib.
Qanuntv.az xəbər verir ki, bu dəyişiklik Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə etdiyi son dəyişiklikləri təsdiqləməsi ilə qüvvəyə minib.
Yeni qaydalara əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması inzibati məsuliyyət yaradır. Qanun pozuntusu zamanı həmin məhsullar müsadirə edilir və müxtəlif kateqoriyalar üzrə cərimələr tətbiq olunur:
● Fiziki şəxslər 350 manatdan 500 manatadək,
● Vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək,
● Hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaqlar.
Qeyd edək ki, qəbul edilən dəyişikliklər bu gündən etibarən qüvvəyə minib və elektron siqaret bazarında fəaliyyət göstərən bütün şəxslərə şamil olunur.





