
Azərbaycan Dövlət Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda müəyyən küçələrdə hərəkətin məhdudlaşdırılacağı barədə məlumat yayıb.
Qanuntv.az xəbər verir ki, 3 aprel saat 22:00-dan 4 aprel saat 07:00-dək Heydər Əliyev prospekti tunelin girişindən Xətai prospekti istiqamətində Fəzail Bayramov küçəsinə qədər olan ərazidə təmir işləri aparılacaq. Bu səbəbdən həmin yolda hərəkət məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, aparılan təmir işlərinə anlayışla yanaşsın və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.





