
Mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, həmin tarixdə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qeyd edilib ki, ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsi vətəndaşların sosial təminatının gücləndirilməsi istiqamətində görülən tədbirlərin davamıdır.





