
Naxçıvanda müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan reysləri ləğv edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, 14 iyun 2026-cı il tarixinə nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı istiqamətində bütün uçuşlar əlverişsiz meteoroloji şərait səbəbindən həyata keçirilməyəcək.
Qeyd olunub ki, hava şəraiti normallaşdıqdan sonra reyslərin icrası bərpa ediləcək. Aviaşirkət sərnişinlərin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb.
Sərnişinlərə reyslərlə bağlı mümkün dəyişikliklər barədə əlavə məlumat veriləcəyi bildirilib.





