
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Qanuntv.az xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə, ümumilikdə 68 nəfər köçürülüb.
Köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarətdir.
Doğma yurdlarına qayıdan sakinlər dövlət tərəfindən yaradılan müasir yaşayış şəraiti ilə təmin olunurlar. Xankəndi şəhərində həyata keçirilən bərpa-quruculuq işləri və sosial infrastruktur layihələri bölgəyə qayıdış prosesinin sürətlə davam etməsinə imkan yaradır.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam etdirilir.





