
Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün geyim qaydaları müəyyən ediləcək.
Qanuntv.az xəbər verir ki, layihəyə görə, müəllimlərin geyim forması ilə bağlı tələblər müvafiq dövlət qurumu tərəfindən təsdiq ediləcək.
Dəyişikliyə əsasən, təkcə müəllimlər deyil, şagirdlər də məktəbdə müəyyən edilmiş geyim qaydalarına riayət etməli olacaqlar. Bununla yanaşı, valideynlərin də övladlarının məktəb daxilində müəyyən olunmuş geyim tələblərinə əməl etməsini təmin etməsi öhdəlik kimi nəzərdə tutulur.
Təklifin məqsədinin təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsi və vahid məktəb mühitinin formalaşdırılması olduğu bildirilir.





