
Bakı Dövlət Universitetində (BDU) yeni təyinat olub.
Qanuntv.az xəbər verir ki, bu barədə Ölkə.az məlumat yayıb. Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrlə Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Qeyd olunub ki, Mirzə Mirzəyev bu təyinata qədər BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, sözügedən vəzifədə daha əvvəl Nəbi Ramazanlı fəaliyyət göstərib. O, bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.





