
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.
Məlumata görə, professor 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əmrah Dadaşov uzun illər Bakı Dövlət Universitetinin Tarix fakültəsində elmi-pedaqoji fəaliyyət göstərib. O, uzun müddət fakültənin qiyabi təhsil üzrə dekan müavini vəzifəsində çalışıb və tarix elminin inkişafına mühüm töhfələr verib.
Əmrah Dadaşov 2006-cı ildə professor elmi adına layiq görülüb. O, elmi fəaliyyəti dövründə çoxsaylı məqalə, monoqrafiya və dərs vəsaitlərinin müəllifi kimi tanınıb.
Qanuntv.az kollektivi professor Əmrah Dadaşovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir.





