
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılış mərasimində iştirak ediblər.
Tədbir zamanı dövlət başçısı və birinci xanım faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.





