
Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanlarında xarici dil fənni üzrə esse yazacaqlar.
Qanuntv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva məlumat verib.
Bildirilib ki, DİM tam orta təhsil səviyyəsində xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən tətbiq olunacaq.
Yeni imtahan modeli 26 tapşırıqdan ibarət olacaq. Onlardan 25-i qapalı tipli test, 1-i isə yazı işi (esse) olacaq. Dinləyib-anlama bölməsində 4, oxu bacarığında 8, qrammatika üzrə isə 13 tapşırıq təqdim ediləcək.
Qeyd edilib ki, yazı bacarığının qiymətləndirilməsi üçün ayrıca esse tapşırığı nəzərdə tutulub.





