
Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb. Məlumata görə, onun barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 2025-ci ilin noyabr ayında yayılan məlumatda Sənan Əsədzadənin vətəndaşlara qarşı ümumilikdə 412 min dollar məbləğində dələduzluq etdiyi bildirilib və onun barəsində beynəlxalq axtarış elan olunmuşdu.
Şikayətçilərin iddiasına əsasən, Sənan Əsədzadə xaricdən avtomobil gətirmək vədi ilə çoxsaylı vətəndaşlardan pul vəsaiti alıb, lakin avtomobilləri təhvil verməyib.
Hazırda onun Azərbaycana ekstradisiyası və cinayət işi üzrə araşdırmaların davam etdirilməsi istiqamətində hüquqi prosedurların aparıldığı bildirilir.





