
Mayın 25-də İmişli və Saatlı rayonlarının, həmçinin Sabirabad şəhəri və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatında fasilə saat 09:00-dan etibarən başlayacaq və aparılan işlər yekunlaşanadək davam edəcək.
Qeyd edək ki, məhdudiyyətin planlı təmir və texniki işlərlə əlaqədar tətbiq olunduğu bildirilib.





