
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) yeni kadr təyinatı həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Topalov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İstismar-kommersiya departamentinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Məhəmməd Topalov bu təyinata qədər "Azərpoçt" MMC-də İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Yeni təyinatın ASCO-nun idarəetmə və istismar sahəsində fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir.





