• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Məktəb dərsliklərindəki “tərsliklər” [xfvalue_red]

12 Ara, 25 - 11:37

Məktəb dərsliklərindəki “tərsliklər”














Ekspert deyir ki, şagirdlər üçün nəzərdə tutulan kitabların çox az hissəsi pilot sınaqlardan keçib; “Dərslik müəllifləri repetitorluqla məşğul olan şəxslərdir, ona görə...
Ümumtəhsil məktəbləri üçün dərslik hazırlama prosesi olduqca çətin və məsuliyyətli bir işdir. Dərsliklər xüsusi strategiya əsasında hazırlanmalıdır və prosesə mütləq ciddi nəzarət olmalıdır. Dərsliklərin hazırlanması işinə Elm və Təhsil Nazirliyinin birbaşa nəzarət etməsi zəruridir. “Bakı-Xəbər” yazır ki, dərsliklər kənarda hazırlanır. Yəni istənilən müəllif dərslik hazırlayır, onu layihə şəklində nazirliyin keçirdiyi tenderə təqdim edir. Onun layihəsinin dərslik kimi qəbul edilməsi tenderin nəticələrindən asılı olur.

Əslində isə hər kəsə dərslik yazmaq üçün icazə verilməməlidir. Xüsusi komissiya yaradılmalı və dərsliklərin müəllifləri orada müəyyən edilməlidir. Amma biz görürük ki, proses kənarda baş verir. Nazirlik də dərslik müəlliflərindən narazı qalır.

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib ki, hazırda dərsliklər daha çox fərdi müəlliflərin şəxsi yanaşmalarına əsaslanaraq hazırlanır.

Nazir bildirib ki, bu, tədris prosesində standartlaşmanın olmamasına və metodik problemlərə səbəb olur: “Hesablanmış, tədqiq edilmiş və ölçülmüş üsullardan istifadə edilərək yazılmış dərsliklərin olmaması da əsasən bu səbəbdən qaynaqlanır”.

Dərslik hazırlamaq, dərsliklərə nəzarət, müəlliflərin seçimi, dərslik layihələrinin standartlara uyğunlaşdırılması və sair nazirliyin işidir. Belə görünür ki, nazirliyin dərsliklərin hazırlanma prosesindən xəbəri yoxdur. Ən azından tenderə təqdim olunan layihələr ciddi şəkildə saf-çürük edilməlidir. Qaydalar belədir ki, dərsliklər ekspertizadan keçirilməlidir. Amma görünən odur ki, ekspertiza məsələsinə də barmaqarası yanaşılır.

Elm və Təhsil Nazirliyi dərslik hazırlanma prosesinə birbaşa başçılıq etmək əvəzinə müəlliflərin dərslikləri öz bildikləri kimi hazırladıqlarını deyir. Müəllif dərslik məsələsində müstəqil ola bilməz, bu mənada ki, o, qaydalara, standatlara əməl etməlidir. Müəllifləri özbaşına buraxanda, əlbəttə, dərslik hazırlama prosesində bu cür xaos baş verir.

Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar” Pravda.az

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, dərslik hazırlığı ilə bağlı hazırkı mexanizmdə problemlərin kökündə duran əsas məsələ prosesin elmi-metodik ardıcıllıq əsasında deyil, fərdi müəllif yanaşması və tender prosedurları ilə idarə olunmasıdır: "Apardığım təhlillər aydın göstərir ki, dərsliklər kurikulumun fənn üzrə inkişaf xəttinə uyğun deyil, daha çox müəlliflərin şəxsi metodoloji təsəvvürlərinin məhsulu kimi formalaşır. Bu isə həm standartlaşmanın itməsinə, həm də fənn üzrə bilik və bacarıqların sarmal (spiral) məntiqinə zidd olan strukturların yaranmasına səbəb olur. Nazir Emin Əmrullayevin Milli Məclisdə vurğuladığı kimi, “hesablanmış, tədqiq edilmiş və ölçülmüş üsullarla yazılmış dərsliklərin olmaması” problemin sistem xarakteri daşıdığını sübut edir və bu çıxışın özü Elm və Təhsil Nazirliyinin açıq, şəffaf və islahat yönlü mövqeyini göstərir. Nazirliyin bu problemi etiraf etməsi və dəyişiklik çağırışı sistemin güclənməsi üçün mühüm pozitiv addımdır.

Əldə etdiyim statistik təhlil də göstərir ki, Azərbaycanda hazırda 180-dən çox dərslik və metodik vəsait məktəblərdə istifadə olunur, lakin onların yalnız çox az hissəsi real pilot sınaqlardan keçib. OECD ölkələrində dərsliklərin ən azı 2-3 il ərzində sınaqdan keçirilməsi praktikası mövcuddur; məsələn, Estoniyada bir dərsliyin təsdiqi üçün 7 mərhələli ekspertiza aparılır. Türkiyədə MEB-in 25 nəfərlik mərkəzi komissiyası müəllifləri seçir, hər material 3 müstəqil ekspertiza mərhələsindən keçir. Azərbaycanda isə tender modelinə əsaslanan mexanizm səbəbilə müəlliflərin təcrübəsi, pedaqoji vizyonu və fənn metodikası üzrə elmi hazırlığı bəzən əsas meyar olmur. Bu, dərsliklərin keyfiyyətinə bilavasitə təsir edir".

Ekspert əlavə edib ki, qanunvericilik də prosesin mahiyyətini müəyyən edir: ""Təhsil haqqında" Qanunun 13.2-ci maddəsində göstərilir ki, “dərslik və tədris materialları dövlət təhsil standartlarına uyğun hazırlanmalı və ekspertizadan keçirilməlidir”. Bu müddəa dərsliklərin elmi-metodik nəzarət altında hazırlanmasını tələb edir. Lakin praktikada ekspertizanın formal aparılması və prosesin kənar müəllif təşəbbüsləri ilə idarə olunması qanunun tələbinə zidd mahiyyət daşıyır. Yəni qanun dövlət nəzarəti tələb edir, mexanizm isə faktiki olaraq bazar prinsipləri ilə işləyir. Burada sistem boşluğu yaranır.

Dünya təcrübəsi - xüsusilə Sinqapur, Finlandiya və Estoniya nümunələri - göstərir ki, dərslik müəlliflərinin seçimi üçün əvvəlcə onların elmi-pedaqoji kompetensiyası dövlət tərəfindən qiymətləndirilir, yalnız sertifikatlaşdırılmış mütəxəssislər dərslik yazmaq səlahiyyəti qazanır. Azərbaycanda isə problem ondadır ki, bir çox hallarda dərslik müəllifləri repetitorluqla məşğul olan şəxslərdir və onların dərslik yazarkən əsas məqsədi kurikulumun mahiyyətini açmaq yox, qəbul imtahanlarında sual bazasına uyğun kontent yaratmaq olur. Nəticədə dərslik məktəb üçün deyil, daha çox abituriyent hazırlığı üçün yazılmış materiala çevrilir.

Bir neçə nümunə bunu açıq şəkildə göstərir. Tarix dərsliklərində faktoloji materiallar çox zaman ensiklopedik yüklənmə şəklində təqdim olunur, halbuki kurikulumda dərin təhlil və hadisələrarası əlaqələr tələb olunur. Riyaziyyat dərsliklərində isə bəzi müəlliflər DİM-in çətin test suallarını nəzərə alaraq, proqramdankənar anlayışlara yer verirlər; məsələn, 8-ci sinif dərsliyində kurikulumda olmayan bəzi kombinasiyalar mövzularına toxunulması qəbulyönümlü yazı üslubunun nəticəsidir. Azərbaycan dili dərsliyində isə bəzi bölmələr daha çox test bacarığına hesablandığı üçün mətn anlayışı, nitq mədəniyyəti və funksional savadlılıq ikinci plana düşür. Bütün bu nümunələr müəlliflərin kurikulumu izləmək yerinə abituriyent hazırlığı bazarına uyğunlaşmağa çalışdığını göstərir".



Kamran Əsədova görə, Elm və Təhsil Nazirliyinin bu problemləri açıq şəkildə dilə gətirməsi və yeni model üzərində işləməsi sistem üçün ciddi müsbət dönüş yaradır: "Nazirliyin yanaşması həm standartların bərpasına, həm metodik vahidliyin təmininə, həm də müəllif məsuliyyətinin artırılmasına xidmət edəcək. Əgər dərsliklər yalnız dövlətin sertifikatlaşdırdığı müəlliflər tərəfindən, elmi-metodik şuranın nəzarəti altında hazırlanarsa, tender mexanizminə yenidən baxılarsa və ekspertiza real sınaqlara əsaslanarsa, dərsliklərdəki xaos aradan qalxacaq. Bu zaman müəllif təfəkkürü deyil, kurikulumun fənn xətti və pedaqoji konsepsiya əsas meyara çevriləcək.

Hesab edirəm ki, atılmalı olan ən vacib dərslik tək müəllif mətnindən çıxıb milli təhsil strategiyasının alətinə çevrilməsin. Dərsliklərin hazırlanması Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş elmi komanda ilə aparıldıqda, həm metodik ardıcıllıq təmin olunacaq, həm də fənn üzrə uzunmüddətli inkişaf xətti qorunacaq. Nəticədə şagird üçün dərslik anlaşılan, müəllim üçün işlək, sistem üçün isə sabit standart yaradacaq. Bu, həm repetitorluq bazarının təsirini azaldacaq, həm də məktəbin real funksiyasını gücləndirəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar düzgün, rasional və gələcək üçün strateji əhəmiyyət daşıyan islahat xəttidir".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
backend
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB
backend
İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)
backend
İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)
backend
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 293

XƏBƏR LENTİ

229 nömrəli məktəbdə rəhbərliyin izi – Məmmədova Vüsalə Dövlət qızının fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:068 Ekm
Gəncə təhsilində rəhbərlik nümunəsi – Esmira Qaraxanovanın idarəçilik məktəbi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:148 Ekm
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:478 Ekm
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:428 Ekm
İstanbulda altımərtəbəli bina çökdü: Dağıntılar altında qalanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:368 Ekm
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:348 Ekm
Saatlıda ağır yol qəzası: 5 yaşlı uşaq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:328 Ekm
Büdcədənkənar ödənişlərin yuxarı hədlərinin tətbiqi ilə bağlı müddət dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:218 Ekm
Pensiyaların ödəniləcəyi tarixlər açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:188 Ekm
Ağdamdakı məktəbə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:168 Ekm
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:148 Ekm
İlham Əliyev: Vətən müharibəsində qazandığımız Zəfər itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar açıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:138 Ekm
Təbiətin keşiyində məsuliyyətli idarəçilik – Asif Məcidovun rəhbərliyi ilə Sumqayıt Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:377 Ekm
Valideynlərin yüksək qiymətləndirdiyi təhsil mühiti – Səyyar Abdullayevin rəhbərliyi ilə peşə təhsilində məsuliyyət və keyfiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:257 Ekm
Dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:087 Ekm
Qazaxda 11-ci sinif şagirdi həmkəndlisini bıçaqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:067 Ekm
Bakı və Sumqayıtda bağçaların təmirinə 7,8 milyon manat ayrılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:037 Ekm
Polkovnik Rahim Cəfərov vəzifəsindən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:017 Ekm
Paşinyan: Azərbaycanlı hərbçi Nəsimi Musayev bir müddət Ermənistanda qalacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:597 Ekm
Nizami rayonunda məktəblinin ölümünə səbəb olan hadisənin təfərrüatı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:577 Ekm
Ağsuda 40 yaşlı kişi qayınanasını döyüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:537 Ekm
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:517 Ekm
Abşeronda tələbənin ölümü ilə nəticələnən qəzanı törədən şəxsə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:487 Ekm
Əli Əsədovdan duracaqlar və qarajlarla bağlı yeni qərar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:457 Ekm
Qara dənizdə dron hücumu: Azərbaycanlı kapitan həlak olub, bir vətəndaşımız itkin düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:447 Ekm
Yasamalda bəzi ərazilərdə elektrik enerjisi kəsiləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:326 Ekm
Tovuzda sərxoş ata oğlunu bıçaqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:256 Ekm
Penitensiar Xidmətin sabiq rəisi həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:226 Ekm
Eltəkin Ömərov ANAMA-da yeni vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:206 Ekm
Türkiyənin tanınmış hakimi həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:186 Ekm
Prezident İlham Əliyev dünya çempionu Əhməd Yusifovla görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:156 Ekm
Bakıda iti pəncərədən atan şəxs 25 sutka həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:126 Ekm
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:096 Ekm
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:076 Ekm
Qara dənizdə şəhidimizin adını daşıyan gəmiyə dron hücumu: 2 nəfər həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:046 Ekm
ANS-in keçmiş əməkdaşına yeni vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:255 Ekm
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:235 Ekm
Qanunvericiliyə “paraleqal” anlayışı daxil edilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:195 Ekm
İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:175 Ekm
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:145 Ekm
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Şübhəli saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:115 Ekm
Kənd təsərrüfatında yeni subsidiya mexanizmləri: 20 min manatadək dəstək veriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:095 Ekm
Müəllimə verilən dəyər gələcəyə verilən dəyərdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:315 Ekm
Bir məktəbin uğurunda görünən və görünməyən zəhmət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:205 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə