
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
QanunTv.az xəbər verir ki, Sərəncama əsasən, gömrük orqanlarında səmərəli fəaliyyətinə görə DGK-nin bir sıra əməkdaşları dövlət təltiflərinə layiq görülüblər.
Belə ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə aşağıdakı şəxslər təltif edilib:
• Quliyev Bəhruz Faiq oğlu;
• Şirinov Natiq Telman oğlu.
• “Tərəqqi” medalı ilə təltif olunanlar:
• Alverdiyev Tariyel Mehman oğlu;
• Məmmədov Elşən Malik oğlu.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı isə aşağıdakı DGK əməkdaşlarına təqdim olunub:
• Alışov Elvin Mahir oğlu;
• Bayramov Rəşad Fərrux oğlu;
• Dünyamalılı Emin Əhəd oğlu;
• Həsənov Rüstəm Abı oğlu;
• İsmayılov Amid Raqif oğlu;
• İsmayılov Seyfulla Lətif oğlu;
• Qasımov Orxan Araz oğlu;
• Quliyev Arif Mahmud oğlu;
• Qurbanov Vasif Elçin oğlu;
• Nəsibov Elxan Şiraslan oğlu;
• Nuriyev Nurlan Səxavət oğlu;
• Tağıyev Namiq İntiqam oğlu;
• Vəliyev Turqut Tehran oğlu.
Qeyd edək ki, təltiflər dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətin, peşəkarlığın və məsuliyyətli xidmətin qiymətləndirilməsi məqsədi daşıyır.





