
Mütəxəssislər dondurulmuş ətin təhlükəsiz şəkildə saxlanması ilə bağlı vacib məqamları açıqlayıb.
Qanuntv.az xəbər verir ki, onların sözlərinə görə, ət məhsullarını düzgün dondurmaq qida zəhərlənməsinin qarşısını almaq və qidanın keyfiyyətini qorumaq üçün əsasdır.
Mal əti və qoyun əti: Təxminən 6-12 ay ərzində keyfiyyətini itirmədən saxlana bilər.
Toyuq və digər quş əti: 6 ay müddətində təhlükəsizdir.
Doğranmış və ya üyüdülmüş ət: Keyfiyyətini qorumaq üçün 3-4 ay ərzində istehlak olunmalıdır.
Balıq və dəniz məhsulları: 3-6 ay ərzində dondurulması tövsiyə edilir.
Mütəxəssislər bildirir ki, ətin dondurucuya yerləşdirilməzdən əvvəl təmizlənməsi və hava keçirməyən paketlərdə saxlanması vacibdir. Dondurulmuş ətin əriyib yenidən dondurulması qida təhlükəsizliyini risk altına alır.
İstifadəçilər həmçinin dondurucuda temperaturun -18°C və ya daha aşağı səviyyədə saxlanmasının vacibliyini unutmamalıdır.





