
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei xalqa müraciət edərək ölkədəki mövcud vəziyyətlə bağlı açıqlama verib.
Xamenei çıxışında iranlıları birlik və həmrəyliyə çağırıb. O bildirib ki, etiraz aksiyaları zamanı ictimai əmlaka ziyan vuran şəxslər əslində ABŞ-ı sevindirməyə çalışırlar. Ali Rəhbərin sözlərinə görə, bu cür addımlar xalqın maraqlarına ziddir və düşmən qüvvələrin məqsədlərinə xidmət edir.
O, ABŞ Prezidenti Donald Trampa da mesaj göndərərək, İranla bağlı açıqlamalar vermək əvəzinə ABŞ daxilində mövcud olan problemlərlə məşğul olmağı tövsiyə edib.
Xamenei vurğulayıb ki, İran rəhbərliyi təzyiqlər və etirazlar qarşısında geri addım atmayacaq və ölkənin müstəqilliyini qorumaqda qətiyyətlidir.
Qeyd edək ki, son günlər İranda baş verən etiraz aksiyaları beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.





