
"Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə "Neftçi" rəhbərliyinə və İdarə Heyətinə təşəkkürünü bildirib.
O qeyd edib ki, "Neftçi" klubu bu qərarı ilə öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun maraqlarına sadiqliyini nümayiş etdirdi. Tahir Gözəl bildirib ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.
Prezident həmçinin Peşəkar Futbol Liqasına müraciətə əsasnaməyə uyğun, operativ və obyektiv yanaşdığı üçün minnətdarlığını bildirib və "Neftçi"yə gələcək fəaliyyətində uğurlar arzulayıb





