
Abşeron rayonunun Masazır kəndi ərazisi güclü yağış nəticəsində su basıb.
Məlumata görə, yağış sonrası kəndin aşağı relyefli yerlərində su yığılması müşahidə olunub. Bu, sakinlərin gündəlik həyatına və nəqliyyat hərəkətinə müəyyən çətinliklər yaradıb.
Yerindəki kommunal xidmət və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazilərdə vəziyyəti nəzarətdə saxlayır və suyun çəkilməsi üçün zəruri tədbirlər həyata keçirir.
Sakinlərə tövsiyə olunur ki, suyun yığıldığı ərazilərdə ehtiyatlı olsunlar və təhlükəsizlik qaydalarına riayət etsinlər.





