
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri — “İmprotex Industries” MMC külli miqdarda vergi borcunu dövlət büdcəsinə köçürüb.
QanunTV.az-ın məlumatına görə, şirkət 2 milyon 223 min manat məbləğində olan vergi borcunu tam şəkildə ödəyib.
Qeyd edək ki, “İmprotex Industries” MMC-nin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.





