
“Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi bununla da Avropanın ən nüfuzlu klub turnirində yeni bir tarix yazıb.
Pley-off mərhələsində “Qarabağ”ın rəqibi Fransanın PSJ və ya İngiltərənin “Nyukasl” klublarından biri olacaq. Bu mərhələnin qalibi Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanacaq.
Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyan bu uğur “Qarabağ”ın Avropa arenasında artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir.





