
İsrail Ordusu (IDF) İranın tanınmış siyasi fiqurlarından biri olan Əli Laricaninin öldürüldüyünü rəsmi şəkildə təsdiqləyib.
Məlumata görə, hadisənin detalları hələlik tam açıqlanmasa da, bu hadisə regionda gərginliyin daha da artmasına səbəb ola bilər. İsrail tərəfi əməliyyatla bağlı əlavə məlumatların yaxın saatlarda təqdim olunacağını bildirib.
Qeyd edək ki, Əli Laricani İran siyasətində uzun illər mühüm vəzifələrdə çalışıb və ölkənin nüfuzlu şəxslərindən biri hesab olunurdu.





