
Donald Trump dünyada münasibətlərin ən güclü yenilənmələrindən birinin baş verdiyini bildirib.
Qanuntv.az xəbər verir ki, o, bu barədə Truth Social hesabında paylaşım edib.
Ağ Evin rəhbəri bu açıqlamanı ABŞ və İran nümayəndə heyətlərinin İslamabad şəhərində keçirilməsi gözlənilən danışıqları ərəfəsində səsləndirib.
Məlumata görə, Vaşinqton və Tehran arasında görüşün aprelin 11-də baş tutacağı ehtimal olunur. Lakin mənbələr bildirir ki, danışıqların keçirilməsi ABŞ tərəfinin Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməsindən asılı ola bilər.
Qeyd edək ki, tərəflər arasında planlaşdırılan görüş beynəlxalq münasibətlərin gələcək istiqamətlərinə təsir edə biləcək mühüm addım kimi qiymətləndirilir.





